Azərbaycanda yeni medal təsis olundu
- 27-12-2021, 15:29
- 885
Qanuna əsasən, “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” medalı və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalı təsis olunub.
“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsviri” təsdiq edilib.
“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq olunub.