Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - 15 nəfər öldü
- 18-12-2021, 18:10
- 488
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
Xatırladaq ki, 17 Dekabr 2021-ci il tarixində 755 yoluxma faktı və 18 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28277 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3265, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4218, buster doza üzrə vaksinasiya olunanların sayı isə 20794 nəfərdir.