Məşhur azərbaycanlı modelin həbs həyatı

Cəmiyyət

Vaxtilə podiumların əsas simalarından olan Qalina həm də 2002-ci ildə Türkiyədə keçirilən gözəllik müsabiqəsinin qalibi olub. Hələ 16 yaşı olarkən ad günündə ata-anasını yol qəzasında itirən Qalina iki dəfə ailə həyatı qurub. İkinci həyat yoldaşı narkotik aludəçisi olduğundan Qalina da bir müddət sonra narkotik qəbul etməyə başlayır. Özünün dediyinə görə, o, 3 il narkotik vasitə qəbul edib.

Qalina Babayeva törətdiyi oğurluq cinayətinə görə 2013-cü ildə məhkəmənin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilir.