Cəlilabadda şəhid əsgər dəfn edilib

Cəmiyyət


Cəlilabadda şəhid əsgər Elçin Ağayev torpağa tapşırılıb.

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan əsgər Ağayev Elçin Mərifət oğlunun cənazəsi Cəlilabad şəhərində ailəsinin yaşadığı evə gətirilib.

Qeyd edək ki, Elçin Ağayev Cəlilabad rayonunun Soyuqbulaq kəndində 2002-ci ildə anadan olub. 11 ayın əsgəri olan şəhidimiz 3 qardaşdan biri, Ağayevlər ailəsinin sonbeşiyi idi.