Vilayət Eyvazov Bakıda polis idarəsinə yeni rəis təyin edib - ƏMR
- 6-10-2021, 13:39
- 418
Mingəçevir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilib.
“Report”un məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, H.Qasımov Səbail Rayon Polis İdarəsinə rəis təyin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.