Deputatların cərimələnməsi ilə bağlı DİN-dən AÇIQLAMA
- 29-06-2021, 13:03
- 873
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Nazirlər Kabienti yanında Operativ Qərargahın qərarlarında millət vəkillərinin maska taxmamaqla bağlı cərimələnməsinə dair heç bir göstəriş yoxdur:
"Bu qayda daşıdığı vəzifədən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəsə şamildir. Hər kəsin bütün qapalı məkanlarda tibbi maskadan istifadə etməsi məcburidir".
Xatırladaq ki, bir müddət öncə Siyavuş Novruzov da cərimələnməsinə etiraz edərək DİN-i məhkəməyə vermək istəmişdi.