Vilayət Eyvazovdan YENİ TƏYİNAT - ƏMR

Cəmiyyət

Daxili İşlər Nazirliyindən kadr təyinatı olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni kadr təyinatı üzrə əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Rəhimzadə İlqar Şirinbəy oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin axtarış üzrə inspektoru vəzifəsinə təyin olunub.

İlqar Rəhimzadə bundan əvvəl Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib.