Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimləri keçiriləcək
- 26-06-2021, 18:44
- 1 474
Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real" TV-yə müsahibəsində deyib.
"Azərbaycan,Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin sentyabr ayında təlimləri gözlənilir. Biz buna hazırlıqlarımızı görürük. Artıq ekspert qruplarının bir qismi Azərbaycandadır və təlimin keçiriləcəyi ərazini yoxlayırlar. Bizim hazırlığımızı da yüksək qiymətləndirirlər", - nazir əlavə edib.