Müdafiə naziri Vətən müharibəsinin başladığı ilk saatlardan DANIŞDI
- 26-06-2021, 12:21
- 910
Bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real tv"yə müsahibəsində deyib.
"Saat 6 radələrində bunlar artıq ağır artilleriyadan atəş açmağa başlamışdılar. Bilirsiniz ki, bizim itkilərimiz də oldu. Dərhal mən Ali Baş Komandana məruzə elədim və Ali Baş Komandan müvafiq tapşırıqlar aldım. Eləcə də, əks-hücumla "Dəmir yumruq" əməliyyatının həyata keçirilməsi ilə bağlı göstəriş aldım. Beləliklə, Azərbaycan Ordusu əməliyyatlara başladı", - nazir əlavə edib.