Prezident İlyas Rzayevin rütbəsini artırdı

Cəmiyyət

Prezident İlham Əliyev İlyas Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, ədliyyə polkovniki İlyas Ramiz oğlu Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, İlyas Rzayev Prezident Adminstrasiyasının Hərbi məsələlər şöbəsinin sektor müdiri vəzifəsində çalışır. O, bu vəzifəyədək Bakı hərbi prokuroru olub.