Azər Cəfərov vətəndaşı İNTİHARA SÜRÜKLƏYİR... - "...üzərimə benzin tökərək intihar edəcəm"
- 23-06-2021, 09:41
- 1 286
“Ədliyyə nazirinin müavini Azər Cəfərovla əlaqə saxlamaq cəhdlərimizə baxmayaraq, buna nail ola bilmirik. Bu üzdən dövlət orqanlarının rəhbərlərinə müraciət edərək, bu şəxsin hərəkətləri haqda xəbər vermək istəyirəm. Bəyan edirəm, qanunla mənə məxsus olan mənzilim əlimdən alınacağı halda, Ədliyyə Nazirliyi qarşısında piket keçirib, üzərimə benzin tökərək intihar edəcəm”, - Ağası Hüseynov prezident, vitse-prezident də daxil olmaqla, müxtəlif dövlət orqanlarının rəhbərlərinə məktubunda yazıb.
Ağası Hüseynovla Fuad İbrahimov iki bacının övladlarıdır. Fuad İbrahimov iddia edir ki, xalası oğlu ondan 85 min dollar borc alıb və qaytarmayıb. Onun məhkəmədə qaldırdığı iddia təmin olunub. Bununla əlaqədar Ağası Hüseynovun mənzilinin üzərinə həbs qoyulub. Mənzil “Tamam” firmasının inşa etdiyi binada yerləşir. Hazırda bir firma ilə bağlı tərəflər arasında məhkəmə çəkişməsi gedir.
Ağası Hüseynov bildirir ki, “Tamam” fərdi firmadır, burada hər hansı şəxsin pay hüququ yoxdur. Yasamal Rayon Məhkəməsi isə “Tamam”ı kooperativ kimi tanıyıb. Ağası Hüseynov bu qərardan apelyasiya şikayəti verib. Hazırda iş Bakı Apelyasiya Məhkəməsinin hakimi Şeyda Məhərrəmovanın icraatındadır. O, eyni zamanda Bakı Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova da müraciət edib: “Tamam” fərdi firmadır. Burada kiminsə pay hüququ olmayıb”.
Fuad İbrahimov isə xalası oğlunun məsuliyyətdən yayınmaq üçün yalan danışdığını bildirib. İbrahimov xalası oğlunun ona böhtan atdığını iddia edərək, bununla əlaqədar məhkəməyə də müraciət edib.
Meydan TV Azər Cəfərovdan məsələyə münasibət öyrənmək istəsə də, cəhdləri boşa çıxıb.