Bələdiyyə üzvləri barədə tələb sərtləşdirilir - 55 manatdan baha hədiyyə rüşvət sayılacaq
- 12-05-2017, 18:05
- 88 410
Bu, "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsinin ikinci oxunuşunda öz əksini tapıb.
Layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Bələdiyyə üzvü hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə bələdiyyə iclasının rəyini öyrənməlidir.