Nazir bölmə rəisini yüksək vəzifəyə təyin etdi - ƏMR

Cəmiyyət

Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Musayev Samir Tofiq oğlu Beyləqan rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin (CAB) rəisi vəzifəsindən azad elilərək, DİN -nin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin İmişli stansiyasında xətt polis şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.