​Məşhur aktyor AzTV sədrni ittiham etdi: 33 milyonu hara xərcləyirsiniz?

Cəmiyyət

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) “Ağ və qara” verilişinin aparıcısı olmuş aktyor Kamran Ağabalayev dövlət televiziya kanalını tənqid edib.
Azadinfo.az xəbər verir ki, aparıcı-aktyor verilişlərin səviyyəsindən, HD formatına keçidin natamam olmasından və verilişlərin effektiv hazırlanmamasından narazılığını bildirib.
“33 milyon büdcə ilə 3300 manatlıq səviyyə, görüntü, kontent, strategiya...  Bu büdcə ilə 1933-cü illərin verilişləri “copy paste” edilir. HD formatına keçilibsə, niyə kameralar hələ də kassetlə çəkir? Kimi aldadırsınız?”, -deyə K. Ağabalayev yazıb.
Qeyd edək ki, bu ilin aprel ayının əvvəlindən AzTV-də audit yoxlaması aparılır.