Nazirlikdən çimərliklərə gedənlərə XƏBƏRDARLIQ
- 1-06-2021, 17:41
- 704
Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Ekspert saatı”nda deyib.
Mütəxəssis çimərliyə gedən vətəndaşlara tez xarab olan məhsulları aparmamağı məsləhət görüb: “Çünki çimərliklərdə qida saxlanılması üçün münasib şərait yoxdur. Bundan başqa, çimərlik ərazisində tez xarab olan məhsul satışı olur. Həmin məhsulların alışı məsləhət deyil. Eyni zamanda bostançılıq məhsullarını, eləcə də geyimləri çimərlik ərazisinə tullamaq olmaz. Anti-sanitariya şəraiti ilə bağlı diqqətli olmaq lazımdır”.