Səfər Mehdiyevin əməkdaşlarının həbsində yeni detallar...
- 1-06-2021, 16:17
- 697
TİA.Az-ın əldə etdiyi xəbərə görə, onların sahibkarlardan rüşvəti necə aldığı istintaq orqanları tərəfindən müəyyən olunub. Əməliyyat-istintaq tədbirləri nəticəsində sözügedən gömrük əməkdaşlarının iş adamlarından rüşvəti şəxsi bank kartları vasitəsilə aldığı təsbit edilib.
Onların öz adlarına açdığı bank kartlarına sahibkarlar tərəfindən rüşvət köçürülüb, ardınca gömrük məsələlərinə “yaşıl işıq” yandırılıb.
Bu həbslərə görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev nə açıqlama verib, nə bu sahədə neqativlərin aradan qaldırılması yönündə addımlar atıb.
Səfər Mehdiyev deyirdi ki, 1 manat da rüşvət alsam həbsxanada oturmağa hazıram. Gömrük sədri onu da bildirirdi ki, ölkədə monopoliya yoxdur.
“Tamahını idarə edə bilməyənlər aramızdan gedəcək”. Bu da Səfər Mehdiyevin səs-küylü, iddialı və pafoslu bəyanatlarından biri idi. Amma nə oldu?
S.Mehdiyev ciddi kadr islahatları aparmadı, rüşvətə bulaşmış məmurlar işlərinə davam elədilər, gömrük məntəqələrində yenə basabas, süründürməçilik, sahibkarların incidilməsi halları yaşanır.