Vilayət Eyvazov bu bölməyə yeni rəis TƏYİN ETDİ

Cəmiyyət

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Samir Quliyev Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinə (PB) rəis təyin edilib.
Qeyd edək ki, S.Quliyev bu təyinata qədər Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsində çalışıb.