Həftə sonları metro işləyəcək? - RƏSMİ

Cəmiyyət

Şənbə-bazar günləri ictimai nəqliyyatla bağlı qadağa qüvvədədir.
Bunu Modern.az-a açıqlamasında  Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov deyib ki, növbəti yumşaldılmalar zamanı bu məsələyə baxıla bilər.
Prezidentin köməkçisi həmçinin deyib ki, 31 maydan "Bakı Metropoliteni"nin fəaliyyəti əvvəlki qaydada - səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq:
"Şənbə-bazar ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir".