İdman zallarına COVİD pasportu olanlara icazə veriləcək - Diqqət!
- 25-05-2021, 13:04
- 608
Bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, COVİD pasportu olmayan şəxslər - yəni vaksinasiyadan keçməyən, yaxud yoluxub sağalmış insanlar hələlik idman sağlamlıq obyektlərindən istifadə edə bilməyəcəklər:
"Gələcəkdə COVİD passportu olan şəxslərin digər obyektlərə də girişi təmin ediləcək. Buraya konsertlər, teatrlar, kinoteatr, toy və digər şənliklər daxildir".