Aparıcı Operativ Qərargaha səsləndi: "Görəsən nə vaxt ağıllı qərar verəcəksiniz?"
- 21-05-2021, 13:27
- 516
Demokrat.az xəbər verir ki, Zabir Əliyev "Instagram" profilində Bakı-Sumqayıt qatarındakı acınacaqlı vəziyyətin, basabasın videosunu paylaşıb.
Görüntülərin altında teleaparıcı Operativ Qərargaha iradlarını bildirib:
"Operativ Qərargah iyunun 1-dək 5 nəfərdən artıq insanın bir yerdə toplanmasını qadağan edib. Bəs bu vəziyyəti yaradan siz deyilsiniz? Görəsən nə vaxt ağıllı qərar verəcəksiniz..."