"Space" TV-yə yeni rəhbər təyin olundu

Cəmiyyət

"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.
 
Sözügedən vəzifəyə Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov gətirilib. O, bu gün kollektivə təqdim edilib.
 
Qeyd edək ki, ssenarist, kinoprodüser Müşfiq Mürşüd oğlu Hətəmov 2011-ci ildən 2019-cu ilədək “Azərbaycanfilm" kinostudiyasının direktoru olub. 2016-cı ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.
 
Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb. May ayının 5-də isə "Space" teleradio şirkətinə Ülviyyə Mikayılova təyinat alsa da, beş gün sonra o, tutduğu vəzifədən istefa verib.
 
Dominant.az