Gömrükdəki həbslər Əbülfəz Məlikovu hərəkə gətirdi
- 19-05-2021, 16:54
- 641
Hələ Əbülfəzin Torqovıda erməni ilə “qastranomda” işləməsindən, onun qızı ilə ailə qurmasından, ermənilərin ona “bizim monopoliya naziri yeznəmiz” deməsindən də xeyli məqalələr dərc olunub. Belə ki, sabiq deputat, politoloq Cümşüd Nuriyev “Moderator.az”-a açıqlamasında Ermənistanda iyun ayına təyin olunmuş növbədənkənar parlament seçkilərinə qatılacağını bəyan etmiş Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyanın şansları barədə danışarkən ifadə edib. Bildirib ki, “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun arvadı Ara Abramyanın bacısıdır. O vaxt Ara özü demişdi ki, bacısı Raisa Ovanesyan, onun qızı Rena Bakıda yaşayırlar, kürəkəni də azərbaycanlıdır. Erməni milyarder öz kürəkənindən xeyli razılıq edərək əlavə etmişdi ki, yeznəsi Bakıda nazirdir. Soruşublar ki, yeznəniz hansı sahəyə rəhbərlik edir, Ara Abramyan cavab verib ki, “monopoliya naziri”dir… (https://yenisabah.az/abramyanin-bacisi-bakida-erdedir-deyib-ki-kurekenim-nazirdir)
Yəni bu şəxs barədəəə çox yazılıb, çox tənqid səslənib. Mediada yayılan məlumatlara görə, Əbülfəz Məlikovun yenidən “dirildiyi” və gömrük əməliyyatlarında əvvəlki qədər olmasa da, müəyyən rol alması haqda iddialar var.
Daxil olan informasiyada bildirilir ki, son vaxtlara qədər şəxsi biznesini idarə etməklə baş qatan Əbülfəz Məlikov yenidən brokerlik fəaliyyətinə qayıdıb. Belə ki, bəzi mal və məhsulların, əsasən də, ərzaq və dərman preparatlarının, sement və digər tikinti materiallarının ölkəyə keçirilməsində Əbülfəz Məlikova müəyyən imkanlar tanınıb.
Əbülfəz Məlikovla bağlı mediada yer alan səs-küylü iddialardan biri də pambıq tarlalarında çoxsaylı zəhərlənmələrə səbəb olmuş saxta gübrələrin ölkəyə gətirilməsindən milyonlar qazanmasıdır. Ümumiyyətlə isə daxili bazarın kimyəvi dərmanlar və gübrə bazarına onun nəzarət etdiyi bildirilir. Eyni zamanda kifayət qədər gəlirli biznes hesab edilən dekorativ ağac və güllərin ölkəyə gətirilməsində də Əbülfəz Məlikovun böyük payçılardan olduğu iddiaları var.
Bir sözlə bir vaxtlar Azərbaycana gətirilən bir sıra ərzaq məhsullarının, avtomobil ehtiyat hissələrinin, tikinti materiallarının və təkərlərin monopoliyasını həyata keçirən “Broker” MMC, bəzi hallarda isə “Trans Broker” MMC kimi adlanan şirkət əvvəlki ölçüdə olmasa da yenə həmin işlərin bir qisminə nəzarəti əlinə keçirə bilib. Ona görə də Bakı Baş Gömrük İdarəsində bu günlərdə həyata keçirilmiş əməliyyatın bir ucunun Əbülfəz Məlikova kimi gedib çıxdığı qeyd olunur. Hətta bilrilir ki, sonuncu əməliyyat Əbülfəz Məlikovu tədbirli davranmağa, bəzi işlərini yoluna qoymağa vadar edib. Araşdırmaların nəticəsinin necə olacağını, bu zaman kimlərin adı hallanacağını gözəl bilən Məlikov ehtiyat tədbirlərinə əl atdığı deyilir.
Kivnews.com