DYP bu dövlət qurumunu CƏRİMƏLƏDİ
- 19-05-2021, 11:42
- 614
Tərtib edilən protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.
Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.