"Azərişıq" və "Azərenerji" savaşa başladı
- 8-05-2021, 15:53
- 860
Vüqar Əhmədovun "Azərişıq" ASC-yə rəhbər təyinatından sonra qurumda durum daha acınacaqlı şəkil alıb. Ciddi və danılmaz korrupsiya mexanizmi, eləcə də yarıtmaz idarəetmə halları "Azərişıq" ASC-ni maddi iflas həddinə yönəldib.
Mənbənin bildirdiyinə görə, həftənin əvvəlindən etibarən "Azərenerji" rəhbəri Baba Rzayev Vüqar Əhmədovdan quruma aid borcun ən qısa zamanda ödənilməsini tələb edib. Rzayev həmkarına məsləhətlər də verərək 100 milyonla ölçülən debütor borcun hansı əsaslarla yaranmasını cənab Əhmədovdan öyrənməyə çalışıb. Məsələ barədə ölkə başçısına raport hazırlanmasını təklif edib. Nəticədə, ötən gün gecə saatlarından tabeli şəxslərlə onlayn konfranslara başlayan Əhmədov baş verənlərdən və nöqsanlarından sıyrılmaq üçün cəhdlər edir.
Məlumata görə, "Azərenerji" rəhbərinin xüsusi tapşırığı əsasında borc qalmaqalının daha da böyüdülməməsi üçün qabaqlayıcı və süni tədbirlər görülür. İddia edilir ki, hazırda "Azərişıq" ASC-nin "Azərenerji" yə 1 milyard manatdan çox borcu var.
Demokratik.Az