Vüqar Rəhimzadəyə vəzifə verildi
- 8-05-2021, 10:34
- 813
Vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 17 namizəd arasından 11 nəfər səs çoxluğu ilə Şuraya üzv seçilib. Beləliklə, Şura aşağıdakı tərkibdə formalaşıb:
Salmanov Elçin Fikrət oğlu;
İbrahimli Qorxmaz Əbülfəz oğlu;
Hüseynov Eyyub Mahmud oğlu;
Bəşirov Xəyal Kamil oğlu;
Əliyev Mayis Nəbi oğlu;
Məmmədov Sahib Məlik oğlu;
Nəsirov Şaban Fəxrəddin oğlu;
Quliyev Rəşad Xasay oğlu;
Quliyev Zaur Yunis oğlu;
Azərtaş Lalə Qabil qızı;
Rəhimzadə Vüqar Gəncəli oğlu.
Təkrar seçkilərdə səsvermə hüququ olan təmsilçilərin 86,7 %-i iştirak edib. Bundan öncə aprel ayının 30-da keçirilən seçki prosesində namizədlərin heç biri ümumi seçicilərin 50 % səsini toplaya bilməyib. Ona görə də Seçki Komissiyası ikinci mərhələyə dair qərar qəbul edib. İkinci turda namizədlər arasından İctimai Şuraya üzvlər səs çoxluğu sıralaması ilə seçiliblər.