Prokurorluq Ruslan Dilanova verilən bəraət hökmündən PROTEST VERİB

Cəmiyyət

Prokurorluq “Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanova verilən bəraət hökmündən protest verib.

Protest Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatında araşdırılır.

Məhkəmənin ilkin baxış iclası keçirilib, növbəti iclası mayın 18-ə təyin edilib.

Qeyd edək ki, “Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanov dövlət büdcəsindən yaşayış binalarında 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan 2 milyona yaxın vəsaiti mənimsəməkdə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən onun barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.