“Yeni Klinika”dan Arif Quliyevin durumu ilə bağlı YENİ AÇIQLAMA - vəziyyəti ağırlaşıb

Cəmiyyət

"Arif Quliyevin vəziyyəti ağırlaşıb”.

Bunu APA-ya açıqlamasında “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

O, hazırda əlavə müayinələrin aparıldığını deyib.

Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika"da müalicə alır.