Azad Rəhimovun oğlu atasının yaxınlarına MÜRACİƏT ETDİ
- 1-05-2021, 10:15
- 589
Bunu dünyasını dəyişən nazir Azad Rəhimovun oğlu Arif Rəhimov sosial şəbəkə hesabında yazıb.
Oğlu bildirib ki, Azad Rəhimov yaxşı övlad, yaxşı ata, yaxşı dost olmaqla bərabər, dövlətini sevən vətəndaş idi:
"Atam, babası Sadıq Rəhimovdan miras qalan dövlətçilik ənənələrini yaşadaraq, hər zaman Vətəni üçün çalışırdı.
Azad Rəhimov tək nazir deyil, ictimai xadim idi.
Biz bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik.
Ailəmiz üçün bu çətin anda bizə dəstək olan cənab Prezidentə, hörmətli Vitse-prezidentə və ictimaiyyyətə təşəkkür edirik".
Qeyd edək ki, Azad Rəhimov 4 aydır ABŞ-dakı klinikaların birincə müalicə olunurdu.