Nazirlik Azad Rəhimovla bağlı müraciət etdi: “Ailəsinə pis təsir edir“
- 30-04-2021, 15:34
- 753
S.Məmmədova müraciətdə bildirib:
“Hörmətli media nümayəndələri! Hər birinizin narahatlığını başa düşür, anlayışla qarşılayıram. Hər birinizə Azad müəllim üçün etdiyiniz dualar, dediyiniz xoş sözlər üçün dərin təşəkkür edirəm. Sizdən son dərəcə xahiş edirəm, əsaslanmamış informasiyaları yayıb çaşqınlıq yaratmayın. Bu onun ailəsinə, doğmalarına çox pis təsir edir. Telefonum hər biriniz üçün açıqdır və daima əlaqədəyik. Bacardığım qədər sizi bundan sonra da məlumatlandıracam”.
Qeyd edək ki, unikalorg.az saytı nazirin vəfat etdiyi və nəşinin Azərbaycana gətirildiyinə dair məlumat yayıb. Qafqazinfo-nun məlumatına görə, A.Rəhimov ölkəyə gətirilərək, Bakıdakı klinikalardan birində süni nəfəs aparatına qoşulub. S.Məmmədova isə nazirin ABŞ-da müalicə aldığını açıqlayıb.