Xudayara lağ edən görün kim imiş -ARB-də ŞEİR deyir - VİDEO
- 29-04-2021, 13:20
- 7 932
Lent.az xəbər verir ki, F.Rəsulzadə əslində televiziyaya yad sima deyil. O, ARB TV-də şeirlərini səsləndirib, SPACE TV-də “El bizim sir bizim” verilişində qonaq olub. Bundan başqa o, “Hekayəm var” “Stand up” şousunda aktyor kimi səhnə alıb.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi şəhid Xudayar Yusifzadə barəsində istehza ilə paylaşım edən sosial şəbəkə istifadəçisinin döyülməsi ilə bağlı araşdırmalara başlayıb. Polis F.Rəsulzadəni döyən şəxsləri axtarır.
Qeyd edək ki, F.Rəsulzadə "Tvitter"də “Əhməd” adlı hesabla “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə istehza dolu paylaşım etmişdi.