Telman İsmayılov borclarını ödəmək üçün şadlıq sarayını satır - Foto

Cəmiyyət

Azərbaycanlı milyonçu Telman İsmayılovun Moskvada yerləşən "Safisa" şadlıq sarayı satışa çıxarılıb.
İsmayılovun müxtəlif banklara olan borclarına görə satışa çıxarılan "Safisa"ya 960 milyon rubl qiymət qoyulsa da, real alıcı tapılmayıb.
Məlumata görə, növbəti hərrac bir müddət sonra keçiriləcək.
Hazırda növbəti hərrac üçün obyektin qiyməti təxminən 100 milyon rubl qədər endirilib. (Lent.az)