Qazi dövlət agentliyinin yaydığı məlumata etiraz etdi: - “Hamısı ağ yalandır, inanmayın”
- 21-04-2021, 14:09
- 721
Yeniavaz.com xəbər verir ki, qazi S. Həsənli videomüraciət yayaraq agentliyin açıqlamasına etiraz edib. O bildirib ki, onun qolu tamamilə amputasiya edildiyi halda, sadəcə 1/3 hissəsinin amutasiya edildiyi yazılıb və yanlış əlillik təyin edilib: “Əlillik dərəcə kağızında qeyd olunmalıdır ki, maşınla təmin olunsun, o yazılmayıb. Yəni maşın adımdan çıxıb. Məcburi köçkünlər haçan köçürülərsə, 1 il, 3 il, 5 il – o zaman ev veriləcək. İşlə təmin olunmamışam. Əlillik dərəcəm də düzgün verilməyib. Yazılıb ki, qolun 1/3 hissəsi amputasiya olunub. Halbuki, mənim qolum dibdən yoxdur. Gözüm, qulağım zədələnib, bağırsağım əlimdə düşmüşəm aşağıya, yaralı vəziyyətdə. Bir də böyük bir yanıq izim var. Bunların hamısı ağ yalandır. Heç kimə inanmayın”.
Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaydığı məlumatda qazinin mənzil və avtomobillə təmin olunması üçün qeydiyyata götürüldüyünü və yaxın aylarda bu təminatın həyata keçiriləcəyini qeyd edib. Həmçinin Sahil Həsənlinin ilkin hazırlıq mərhələsi üçün sadə protezlə təmin olunduğunu, qısa müddətdən sonra isə qaziyə yüksək texnologiyalı protezin veriləcəyi bildirilib.