Nazir Tural Nəzərova vəzifə verdi
- 21-04-2021, 10:11
- 1 237
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovnik-leytenantı Tural Nəzərov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəis müavini təyin edilib. O, bu təyinata qədər Daxili İşlər Nazirliyində çalışıb.
Qeyd edək ki, keçən ay Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Sadiq Heydərov vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsinə rəis təyin edilib.