Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - FOTO

Cəmiyyət

Həbs olunan İmişli Rayon İcra Hakimiyyətinin sabiq  başçısı Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı mənzildən çıxarılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, V.Hacıyevin ailəsinin əşyaları  İmişli şəkər zavodundakı yataqxanadan daşınıb. Sabiq başçının çalışdığı dönəmdə yaşadığı mənzil təhvil alınıb.
Xəbəri İmişli Şəkər Zavodundan Unikal.org-a təsdiqləyiblər.