Prezident işçilərlə dayandı - Mehriban Əliyeva foto çəkdi
- 10-05-2017, 16:16
- 52 823
Dövlət başçısı və birinci xanım əvvəlcə Azərbaycanda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatları əks etdirən stendlərlə tanış olublar. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident İlham Əliyevə 2008-2017-ci illərdə salınan yaşıllıqlar barədə məlumat verib.
Prezident və xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkiblər, ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.