Bakıda bu ərazilərdə pulsuz Wi-Fi-dan istifadə edə bilərsiniz
- 10-05-2017, 14:29
- 53 969
Bunu İB-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nuranə Əliyeva deyib.
Onun sözlərinə görə, simsiz şəbəkənin genişləndirilməsi üzrə işlər "İctimai Wi-Fi" layihəsi çərçivəsində aparılır. Bu layihə hazırda Dənizkənarı Milli Park və İçərişəhər ərazisini əhatə edir.
Ödənişsiz şəbəkədən istifadə etmək üçün mobil telefonda "Baku loves you" şəbəkəsini seçmək lazımdır.