DTX-nın həbs etdiyi bolqer 7 il həbs cəzası aldı- Təfərrüatlar
- 15-04-2021, 15:18
- 871
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə araşdırılıb.
Məhkəmənin hökmü ilə Aslan Qurbanov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilən A.Qurbanov Cinayət Məcəlləsinin 281.2-ci (bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (kütləvi informasiya vasitələrindən istifadə olunmaqla milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.
Ona qarşı irəli sürülən ittihama görə, “talış bloqer” kimi tanınan Aslan Qurbanov özünün “Facebook”, “İnstagram” səhifələrində dövlət əleyhinə və milli-dini ayrı-seçkiliklə bağlı təbliğat aparıb.(Musavat.com)