MTRŞ-nin üzvü koronavirusdan vəfat etdi

Cəmiyyət

Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Məmməd Cəfərov vəfat edib.
62 yaşlı M.Cəfərov COVİD-19-dan dünyasını dəyişib.
Xatırladaq ki, Məmməd Hüseyn oğlu Cəfərov 1959-cu ildə Şərur rayonunda anadan olub. O, 2005-ci ildən MTRŞ-nin üzvü idi.
Qeyd edək ki, M.Cəfərov Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovun dayısı oğludur.