Tanımış həkim koronavirusdan vəfat etdi
- 12-04-2021, 10:53
- 656
Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimi Sevda İsmayılova ötən gün koronavirusdan vəfat edib.
Məlumatı Oxu.az-a Elmi-Tədqiqat Kardiologiya İnstitutundan təsdiq ediblər.
Xatırladaq ki, S.İsmayılova 44 günlük Vətən müharibəsi dövründə yaralı əsgərlərin müayinə və müalicəsində, eləcə də COVID-19 infeksiyasına qarşı aparılan mübarizədə fəal iştirak edən tibb işçilərindən olub.