Regional Mədəniyyət İdarəsinin rəisinə qarşı İTTİHAM - İLGİNC
- 9-04-2021, 10:25
- 574
Digər tərəfdən, araz.az xəbər portalı olaraq bu yöndə apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsi daxil olmaqla, ölkəmizin digər 15 Regional Mədəniyyət İdarələrində bu cür “hoqqalar”a qol qoyulmur. O halda sual oluna bilər ki, əgər mövcud təlimatda belə bir addımların atılması qeyd olunmayıbsa, cənab Anar Kərimov tərəfindən də bu cür addımların atılması ilə bağlı heç bir tapşırıq verilməyibsə, bəs səbəb nədir ki, Əli Elbəy tərəfindən belə bir addımlar atılır?. Əslində bu cür əməllərə qərar verilməsi, Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən qurumlarda çalışan çoxsaylı ziyalıların dövlət-hakimiyyət orqanlarından narazı salınması deməkdir.
Düşünürük ki, hər kəs o halın varlığına tam şəkildə razı olar ki, istənilən idarədə, müəsssisədə, təşkilatda və s. işinə məsuliyyətsiz yanaşan, üzərinə düşən vəzifəsinin öhdəsindən lazımınca gəlməyi bacarmayan, nizam- intizam qaydalarını pozan və digər qanunsuzluq əməllərinə qol qoyan şəxsləri, rəhbərlik qanunun tələb etdiyi qaydada cəzalandırsın, yeri gəldikdə daşıdığı vəzifəsindən də uzaqlaşdırsın. Bəli, bu qanunun tələbidir və belə bir addımlar atılarsa, yəqin ki, hər kəs bunu ikiəlli alqışlayar. Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyindəki qurumlarda belə bir hallar yaşanmasa da, idarə rəisi Əli Elbəy isə, təəssüflər olsun ki, yalnız öz marağı çərçivəsində düşünüb-daşındığı addımlarını atmağa çalışır. Baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin gənc rəisi, rəhbərlik etdiyi sahədə mədəniyyətimizi inkişaf etdirməyə deyil, məhz mədəniyyətimizin məhvinə çalışmaqdadır. Bundan əlavə, adı çəkilən bu şəxs kütləvi narazılığın baş verməsinə səbəb olan addımlarını atmaqla bərabər, eyni zamanda cənab Nazirin bugünkü ictimai nüfuzuna kölgə salmaqla da məşğul olur. Düşünürük ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimov, idarə rəisi Əli Elbəyin idarəçiliyinə və baş verənlərə diqqətlə diqqət yetirəcək, həmçinin məsələlərin araşdırılması yöndə tabeliyində olan şəxslərə müvafiq tapşırıqlarını da verəcək.
Araşdırmamız davam edəcək, mövzu diqqətimizdədir.
araz.az