Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni rəisi kimdir? - DOSYE
- 9-05-2017, 18:01
- 56 057
Yeni təyin olunan rəis Həbib Həsənov 1968-ci ildə anadan olub. Azərbaycan Texniki Universitetində mühəndis-mexanik və Bakı Dövlət Universitetində hüquqşünas ixtisasları üzrə təhsil alıb. Əmək fəaliyyətinə avtobazada mühəndis olaraq başlayıb. 1994-cü ildən Dövlət Gömrük Komitəsində inspektor, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində yol hərəkətinin təşkili və xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru vəzifələrində işləyib. Polis polkovnikidir. Son illərdə özəl şirkətlər qrupunun direktorlar şurasının sədri vəzifəsində çalışıb.
"Ölkə.Az"