Bərdə rayon Elektrik Şəbəkəsinə yeni rəis təyin edilib

Cəmiyyət

Bərdə rayon Elektrik Şəbəkəsinə yeni rəis təyin edilib.
Məlumata görə, "Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə Ziya Quluyev gətirilib.
Bu barədə ASC-nin sədri Baba Rzayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi Vidadi Babayev bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi.