Əhməd Əhmədzadənin yerinə iddialı şəxs kimdir? – Oğlunun İngiltərədə bahalı avtomobil kolleksiyası...
- 2-04-2021, 18:43
- 1 051
Pravda.az-ın xəbərinə görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli deyib.
“Rafiq Aslanov ölkənin vahid su təsərrüfatı sisteminə rəhbərlik etməyə əsas iddialı şəxsdir. Oğlu Afiq Aslanov İngiltərədə bahalı avtomobillər kolleksiyası, daşınmaz əmlak sahibidir, 44 günlük müharibə zamanı Londonda 1 milyona ikinci mənzil almışdı” – C.Həsənli bildirib.
Qeyd: Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.