Ramiz Mehdiyev parlamentdə tənqid edildi
- 2-04-2021, 18:43
- 1 092
Milli Məclisdə çıxış edən E. Əliyev qeyd edib ki, Ramiz Mehdiyev AMEA-nı özünün istədiyi inzibati bir sistemə çevirib:
“Belə ki, Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb. Xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işçiləri işdən azad edir. Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da da bu işləri keçmiş Rasim Ağasiyev adlı polis işçisinə həvalə edib”.