Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
- 1-04-2021, 10:28
- 436
DİN-in mətbuat xidmətindən bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 31 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində narkotiklə əlaqəli 21 fakt müəyyənləşdirilib, cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.