XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » ULDUZ TAXI (*5000) sürücüləri aldadır?

ULDUZ TAXI (*5000) sürücüləri aldadır?

ULDUZ TAXI (*5000) sürücüləri aldadır?
22-03-2021, 10:22

Paytaxtda fəaliyyət göstərən taksi xidmətləri yüksək maaş və bir çox sərfəli şərtlər təklif edərək sürücüləri onlarla işləməyə dəvət edir. Amma nəticədə isə bir çox sürücülər, hərtərəfli özlərinə sərf edən müqavilələlər əsasında sürücülük hüquqlarını kobud şəkildə pozan taksı şirkətləri tərəfindən aldadılırlar.

Redaksiyamıza daxil olan şikayətə əsasən sizə müəyyən faktlar və xanım sürücünün hüquqlarının pozulmasına dair fikirlərini təqdim edirik:

Pressaz.info xəbər verir ki, Vəliyeva Dəniz Azad qızı (Adını sonradan dəyişdiyinə görə sənədlərdə adı Azadə adlanır) təxminən bir həftə öncə avtomobili əlindən alınaraq işdən azad edilmişdir.

Dəniz xanımın sözlərinə görə ULDUZ TAXI (*5000) şirkəti avtomobili 29 ay müddətində gündəlik ödəmələr tamamlanarsa sonda avtomobil sürücüyə qalacağını vəd edib. Yalnız bu vəd yerinə yetirilməyib. Belə ki, xanım sürücü işdə yaşadığı anlaşılmazlıq və operatorla aralarında olan mübahisədən sonra işini itirib. İşini itirdikdən sonra ona nə depozit məbləği nə 6 ay müddətində ödənilən məbləğ geri qaytarılmayıb. Avtomobili isə əlindən alınıb.

Dəniz Vəliyeva gündəlik 26 manat ödəniş etsə də bununla bağlı bu 6 ay müddətində heç bir çek verilməyib. Yalnız sübut üçün 6 ay müddətində aldığı etibarnəmə var. Çünki deyir ki, pulu ödəməsə ona etibarnamə verilmirdi. Nəticədə 6 ay müddətində sürücü tərəfindən ayda 780 manat olaraq ümumi 4680 manat ödənilib bundan əlavə ilkin olaraq işə başlayanda 800 manat depozit məbləği də ödəyib. Depozit məbləği də verilən müqavilədə 500 manat göstərilib. Bu da sözügedən taksi şirkətində işəgötürmə ilə bağlı ciddi qanun pozuntuları və vergidən yayınma hallarını ortaya çıxarır. Xanım sürücünün sözlərinə görə avtomobilləri yalnız ULDUZ TAXI (*5000) şirkəti nin servislərində məcburi şəkildə təmir etmələri tələb olunub. Qiymətlər isə onlar təyin etdiyi formada həyata keçirilib.

Şirkətin rəhbəri Vüsal Bünyadov xanımın sözlərinə görə dəfələrlə içkili vəziyyətdə ona zəng edərək əxlaqsız təkliflər edib. Dəniz xanım deyir ki, mübahisə yaşadığı operator Vüsal Bünyadovun sevgilisi olub.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.