Altı ay əvvəl təyin edildiyi vəzifəsindən çıxarıldı - ƏMR
- 22-03-2021, 08:50
- 844
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İdarənin əməliyyat işləri üzrə rəis müavini Vəliyev Famil Adil oğlu vəzifəsindən çıxarılaraq Nizami RPİ-də eyni statusda xidmətə göndərilib.
F.Vəliyev daha əvvəl Xəzər RPİ-də müavin olub, 2020-ci ilin sentyabr ayında Suraxanıya təyin edilib.
Dekabr ayında İdarəyə rəis təyin edilən Süleyman Nemətovun istəyi ilə RPİ-də keçirilən kompleks yoxlamadan sonra 30-a yaxın məsul şəxs pozuntulara görə işdən çıxarılmışdı.