Zakir Həsənov əmr verdi - Veteranlarla bağlı
- 8-05-2017, 19:41
- 76 029
Əvvəlcə Böyük Vətən müharibəsi veteranları 9 May Qələbə Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin şəxsi heyəti adından təbrik edilib.
Sonra qələbənin 72-ci ildönümü ilə əlaqədar veteranların mükafatlandırılması haqqında müdafiə nazirinin əmri oxunub və onlara hədiyyələr təqdim olunub.
Təşkilatın sədri, istefada olan general-mayor Dadaş Rzayev və çıxış edən digər veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.