Metro terroruna görə ömürlük həbs olunan şəxsin ƏFV EDİLMƏSİ YALAN ÇIXDI
- 18-03-2021, 17:03
- 1 249
Bakı Metrosunda terror aktı törədən şəxs Aslanov Azər Məhərrəm oğlu deyil, Aslanov Azər Salman oğludur.
Qeyd edək ki, Aslanov Azər Salman oğlu 1994-cü il iyulun 3-də Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.
1972-ci il təvəllüdlü A.Aslanov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.