Masallı Polis Şöbəsində yeni təyinatlar - ƏMR
- 18-03-2021, 12:39
- 947
Məlumata görə, nazirin əmri ilə polis mayoru Elşən Talıbov Masallı RPŞ-nin xidmət üzrə rəis müavini təyin olunub. E.Talıbov əvvəl həmin şöbənin İctimai təhlükəsizlik bölməsinin rəisi olub.
Nazirin digər əmri ilə polis mayoru Elvin Əzimov əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat alıb. O, şöbənin Təhqiqat bölməsinin rəisi olub.